Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

ID:

17.08.2020 14:10 / İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, avqustun 17-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 496,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.