Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 63,7 milyon dollar olub

ID:

01.09.2020 12:55 / İQTİSADİYYAT

Sentyabrın 1-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 63,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.