Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 58,9 milyon dollar olub

ID:

18.08.2020 13:25 / İQTİSADİYYAT

Avqustun 18-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 58,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.