Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərakeş Krallığının xanım şahzadəsi Şəhidlər xiyabanını ziyarət edib

ID:

05.05.2025 14:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Mayın 5-də Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Lalla Hasnaa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.