Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Mərakeş Krallığının xanım şahzadəsi Fəxri xiyabanı ziyarət edib

ID:

05.05.2025 14:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.