Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Məktəbəqədər təhsil daha çevik və əlçatan formada təşkil olunacaq

ID:

11.06.2025 15:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Məktəbəqədər təhsilin təşkilinə dair imkanlar genişləndirilir. Belə ki, valideynlər və ya uşağın digər qanuni nümayəndələri məktəbəqədər təhsili yalnız müvafiq məktəbəqədər təhsil müəssisələrində və ya ailədə deyil, həm də məktəbdənkənar təhsil müəssisələrində həyata keçirə biləcəklər.