Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Meksikada koronavirus böhranı nəticəsində 2,5 milyon məktəbli təhsili atmağa məcbur olub

ID:

10.08.2020 14:50 / DÜNYA

Meksikada koronavirus böhranı bu ölkənin təhsil sisteminə də təsir göstərib.

AZƏRTAC Meksika Xalq Təhsili Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 2019/2020-ci tədris ilində koronavirus pandemiyası üzündən ibtidai məktəb şagirdlərinin təxminən 10 faizi (2,5 milyon) təhsili atıblar.