MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb
ID:
26.11.2025 13:40 / İQTİSADİYYAT
Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, iştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.