Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Maştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib, ilk radiozond hava şarı buraxılıb

ID:

09.08.2024 12:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Əlili

Avqustun 9-da Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən aeroloji stansiyasında müşahidələr bərpa edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevə Maştağa İxtisaslaşmış Aeroloji Stansiyasından radiozondun buraxılmış trayektoriyası və iş prinsipi barədə ətraflı məlumat verilib.