Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib

ID:

30.07.2020 16:10 / İQTİSADİYYAT

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.