Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Lütfi Zadəyə həsr edilmiş məntiq olimpiadasının yekun mükafatlandırma mərasimi olub

ID:

02.02.2025 18:25 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Fevralın 2-də dahi azərbaycanlı alim Lütfi Zadəyə həsr olunmuş məntiq olimpiadasının yekun təltifetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Səbuhi Abdullayev olimpiadanın əhəmiyyətindən, gənclərimizin elmə və təhsilə olan marağından bəhs edib: “Yarış olimpiada formatında keçirildi və ilk dəfə olaraq burada məntiqlə yanaşı, qeyri-səlis məntiq nəzəriyyəsinə dair test suallarından istifadə edildi.