Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Konteyner qatarı Çindən Türkiyəyə qısa müddətdə çatdırılıb

ID:

05.07.2020 16:25 / İQTİSADİYYAT

Foto Azertac

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmir şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər.