Aqrar sahədə son illər çox böyük işlər görülüb, mühüm layihələr həyata keçirilib. Bu gün ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının 3,8 faiz artması, ixrac potensialının 13 faizə çatdırılması bu sahədə inkişafın uğurla davam etdirildiyini göstərir.
×

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 21-də Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, aqrar sektorun inkişafı ilə bağlı hüquqi bazanın möhkəmliyi və müəyyən qanunvericilik aktlarının qəbul edilməsi sözügedən sahəyə təkan verir. Milli Məclisdə aqrar sahə ilə bağlı müzakirələrdə də bu məsələyə xüsusi önəm verilir, müvafiq düzəlişlər edilir, kənd təsərrüfatının inkişafı isitiqamətində zəruri qanunlar qəbul olunur.
“Ölkəmizdə aqrar sahənin inkişafı dövlət başçısının və müvafiq qurumların əsas diqqət mərkəzindədir. Bugünkü forum da Azərbaycanın gələcək uğurlarına hesablanıb”, - deyə o əlavə edib.