Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

KOBİA sədri: Qarabağda biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub

ID:

19.01.2023 11:50 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Bu il yanvarın 1-nə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da agentliyin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.