VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin tanınmış yazıçısı Sinan Cananla oxucular arşında təşkil olunan görüş “İFA - İnsanın Fabrika Ayarları” mövzusuna həsr olunub.
×

Tanınmış yazıçı özünün eyniadlı kitabından götürülmüş mövzu ətrafında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Yazıçı, əvvəlcə Bakıda təşkil edilmiş kitab sərgi-yarmarkasında olmaqdan məmnunluğunu ifadə edərək, belə sərgilərin açılmasının əhəmiyyətindən söz açıb.
Kitab haqqında məlumat verən yazıçı deyib: “İFA - İnsanın Fabrika Ayarları” kitabı insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün elmi çərçivələrə əsaslanır. Kitab oxşar suallara cavab tapmaqdan ötrü yazılıb və daha doğru yaşamağın yolunu göstərir. Kitab insanın özünü bir daha başa düşməyə dəvət edir. Əminəm ki, kitabda insanlar çox suallara cavab tapa biləcək”.
Görüş müzakirələrlə davam edib.
Sonda müəllif kitabını oxuculara hədiyə edib.