Bugünkü konfrans elmi cəhətlərinə görə vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İsrail münasibətləri üçün xüsusi bir gündür.
×
Bugünkü konfrans elmi cəhətlərinə görə vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İsrail münasibətləri üçün xüsusi bir gündür. Çünki konfrans elmi, mədəni və siyasi mahiyyətinə görə əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq-elmi konfransda Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla söyləyib.
O qeyd edib ki, ölkəmizdə tarix boyu yəhudilər yaşayıblar. Bu səbəbdən də iki ölkənin tarixində, mədəniyyətində oxşarlıqlar var.
“İsraildə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin yaradılması məsələsini israilli qonaqlarla müzakirə etdik. İnanırıq ki, yaxın zamanlarda bu baş verəcək”, - deyə Kamal Abdulla bildirib.