Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İyulda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

ID:

27.08.2020 17:10 / İQTİSADİYYAT

İyulda Azərbaycana idxal olunan avtomobillərin sayı 4379 ədəd, dəyəri isə 51 milyon 56 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 25-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4082-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 270-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 2-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.