Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İndiyədək TANAP ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub

ID:

03.06.2022 11:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 3-də işini davam etdirən Bakı Enerji Forumunda deyib.