Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İndiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

ID:

14.07.2020 12:50 / İQTİSADİYYAT

Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.