Fevralın 8-də səhər saatlarından Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb.
×
Fevralın 8-də səhər saatlarından Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb. Küləkli havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu satılmışdı. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. İki gün davam edəcək yarmarkada 20 regiondan 50-dən çox fermer 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.
AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.
Yarmarkanın iştirakçısı olan Balağa Şahbalayev paytaxta Quba rayonunda özünün əkib-becərdiyi meyvələri gətirib: “Hər dəfə olduğu kimi, bu gün də Quba almaları gətirmişəm, daha çox armud və alma satıram. Armudun qiyməti 1,5 manatadır, almanın qiyməti isə 1-1,50 manat arasında dəyişir. Qiymətlər sərfəlidir”.