İyunun 3-də Sabunçu Gənclər Evində İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.
×
İyunun 3-də Sabunçu Gənclər Evində İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov və bir sıra federasiyaların rəhbər şəxsləri də iştirak ediblər.
İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin hesabat-seçki konfransında 2 illik dövr ərzində həyata keçirilən tədbirlərdən və görülən işlərdən danışılıb. Bu tədbirlər arasında idman könüllülüyünün inkişaf etdirilməsi, azarkeş mədəniyyətinin yüksəldilməsi, müxtəlif idman yarışlarının təşkili və dəstəklənməsi yer alıb. Həmçinin birliyin üzvlərinin müxtəlif idman tədbirlərində fəal iştirakı və təşkilati işləri vurğulanıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında ictimai birliyin gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ictimai birlik tərəfindən son iki il ərzində bir çox əhəmiyyətli layihələr həyata keçirilib: “Bütün bunlar gələcək nəsillərin potensialının artırılması baxımından çox önəmlidir. Belə layihələr adətən gənclərin peşəkar inkişafını və ictimai iştirakını dəstəkləməyə yönəlir”.