Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Liv Bona Dea Hospitalına mediatur təşkil edib

ID:

06.03.2024 13:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Əlili

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Liv Bona Dea Hospitalına mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarını agentliyin müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək, xəstəxanada ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunması barədə məlumatlandırmaq və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.