Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Hulusi Kılıç: Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda idi

ID:

09.07.2021 00:05 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında birləşdiyini, qadağan edilən raketlərə qarşı sinəsini sipər etdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim.