Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 760 yoluxma qeydə alınıb. Bu rəqəm COVID-19 infeksiyası Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir.
×
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 760 yoluxma qeydə alınıb. Bu rəqəm COVID-19 infeksiyası Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 310 min 234 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə COVID-19 səbəbindən 1023 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 60 mini ötüb.
Nazirlik hazırda 725 min xəstənin müalicə aldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin