Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq.
×
Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirilən brifinqdə deyib.
H.Məmişov qeyd edib ki, bu yenilik müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi kimi qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.
Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.
Hər hansı vətəndaşın bu yeniliklərlə bağlı sualları olarsa, nazirliyin müvafiq qurumlarının əməkdaşlarından məlumat ala bilərlər.