Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb

ID:

04.09.2020 13:40 / İQTİSADİYYAT

Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətinin olmadığı zaman həyata keçirilib.