Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Həsən bəy Zərdabinin məzarı ziyarət edilib

ID:

22.07.2026 17:35 / CƏMİYYƏT

Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ilə əlaqədar Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbərliyi və kollektivi milli mətbuatımızın banisi, “Əkinçi” qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarını ziyarət edib.