Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40, qadınlar arasında isə 3 faizdir.
Qadınlarla bağlı göstərici normaldır, lakin kişilər arasında tütündən istifadənin azaldılması ilə bağlı müvafiq işlər aparılmalıdır.
×

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə qadınlar arasında da tütündən istifadə geniş yayılıb. Hazırda Azərbaycanda vəziyyət normaldır. Tütün məhsullarının tamamilə yığışdırıldığı ölkə yoxdur, çünki insanlar istifadə etdiyi müddətcə, hər hansı məhsulun satışı qadağan olduğu təqdirdə, o qara bazarda satışa çıxarılır. Bu isə arzu olunmayan bir haldır. Tütünlə mübarizədə ÜST-nin çox sayda araşdırmaları və mübarizənin metodları ilə bağlı tövsiyələri var.