Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

ID:

14.09.2020 11:55 / MƏDƏNİYYƏT

Bakı şəhərində milli mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinin yaxın iki ayda qoyulması planlaşdırılır.

Bu barədə AZƏRTAC-a heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

Xanlar Əhmədov qeyd edib ki, heykəl bu il Novruz bayramı ərəfəsində qoyulmalı idi: “Lakin koronavirus pandemiyası səbəbindən bu əlamətdar hadisə bir neçə aydır ki, yubanır.