Biz gənclərin idman sahəsində çox ciddi aktivliyini müşahidə edirik. Onların əmək bazarına inteqrasiyasında atılan addımları Gənclər və İdman Nazirliyi tərəfindən daim izlənilir.
×
Biz gənclərin idman sahəsində çox ciddi aktivliyini müşahidə edirik. Onların əmək bazarına inteqrasiyasında atılan addımları Gənclər və İdman Nazirliyi tərəfindən daim izlənilir.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, gənclərin bu sahədə yaranan ən böyük problemləri və çətinlikləri işsizliklə bağlıdır. Bu istiqamətdə nazirlikdə müəyyən işlər və layihələr həyata keçirilir. Həmin layihələrdən biri də gənclər üçün keçirilən müəyyən kurslardır. Bu kurslar daha çox Azərbaycanın ucqar bölgələrində reallaşdırılır. Regionlarda bu sahədə imkanların Bakıya nisbətən yaxşı olmadığını deyən F.Qayıbov bildirib ki, informasiya texnologiyaları sahəsində regionlarda yaşayan gənclərin imkanları məhduddur: “Bu səbəbdən həmin gənclərə IT, qrafika, müəyyən proqram kursları keçməyə çalışırıq. Layihəyə start verdikdən 3 ay sonra 240 nəfər özləri üçün IT sahəsində iş tapa biliblər. Bizim gənclərin inkişafı üçün layihələrimiz çoxdur və bu layihələr uzunmüddətli olmalıdır”, - deyə bildirib.