Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ID:

07.12.2023 06:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.