Azərbaycanda fintex sahəsində inkişaf var. Ölkəmizdə bu sahədə atılan ən mütərəqqi addımlardan biri fintexlə bağlı qanunun qəbul edilməsidir ki, bu qanun layihəsi noyabrın 9-da qüvvəyə minəcək.
×
Azərbaycanda fintex sahəsində inkişaf var. Ölkəmizdə bu sahədə atılan ən mütərəqqi addımlardan biri fintexlə bağlı qanunun qəbul edilməsidir ki, bu qanun layihəsi noyabrın 9-da qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Fintex Assosiasiyasının rəhbəri Ruslan Talıbov "Baku Fintex Forumu 2023" tədbirində deyib.
"Bundan sonra 6 ay ərzində sektordakı şirkətlərin lisenziyalaşdırılması prosesi olacaq. Qanunda fintex sektorunun inkişafı ilə bağlı bir neçə əhəmiyyətli addımlar əksini tapıb ki, bunlardan biri də açıq bankçılıqdır. "Sandbox" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib və fəaliyyətə başladıqdan sonra təşkilatlara qanunvericilikdə olmayan xidmətləri göstərmək üçün Mərkəzi Bankın nəzarəti altında imkan yaradılacaq", - deyə R.Talıbov qeyd edib.