Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi “ASAN xidmət”də fəaliyyətə başlayıb

ID:

02.11.2022 11:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Mehriban Kərimova

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (Agentlik) və FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin birgə əməkdaşlığı nəticəsində “ASAN xidmət”də sahibkarlara Agentlik tərəfindən xidmətlərin təqdim olunmasına başlanılıb.