Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manat olacaq

ID:

23.01.2023 12:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Əmək pensiyasının minimum məbləği 2023-ci il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.