Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Əsəd Şirinov: Min yüzdən çox kənd və qəsəbənin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb

ID:

11.05.2023 11:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Ölkə əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 44 yeni su mənbəyi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müşaviri Əsəd Şirinov “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktik konfransda deyib.