Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Energetika Nazirliyi və “Masdar” ümumi gücü 4 QVt olan külək və günəş enerjisi layihələri üzrə icra müqavilələri imzalayıb

ID:

04.06.2022 13:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

Bakı Enerji Həftəsinin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb.