Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Energetika Nazirliyi və “ACWA Power” külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb

ID:

03.02.2023 18:05 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azer Ibrahimov

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.