Yuxarı Vardanidzor qızıl və polimetal mədəni Ermənistanın Zəngəzur mahalında Vardanidzor yaşayış məntəqəsinin yuxarı hissəsində yerləşir.
×
Yuxarı Vardanidzor qızıl və polimetal mədəni Ermənistanın Zəngəzur mahalında Vardanidzor yaşayış məntəqəsinin yuxarı hissəsində yerləşir. Mədən Naxçıvan Muxtar Respublikası ilə 9 kilometr, Araz çayının İranla Ermənistan sərhədindən keçən hissəsinə, Meğri çayı ilə təmasda olmaqla 14 kilometr məsafədə yerləşir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair "Environmental Protection First" QHT koalisiyasının hesabatı zamanı "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov söyləyib.
O bildirib ki, mədəndə həyata keçirilən fəaliyyət, karxanaların istismarında partlayıcılardan istifadə respublikamızın ərazisinə zərərli toz kütləsinin yayılmasına və Meğri çayına atılan kimyəvi maddələrin təsirindən Araz çayının çirklənməsinə səbəb olur.