Bu gözəl ölkəyə, Azərbaycana gəldiyim üçün məmnunam. Ölkənizdə bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
×
Bu gözəl ölkəyə, Azərbaycana gəldiyim üçün məmnunam. Ölkənizdə bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombudsmanı Ejaz Əhməd Qureşi söyləyib.
O bildirib ki, Assosiasiya insan hüquqlarının təmin olunması üçün çox mühüm təşkilatdır. Təşkilat bu istiqamətdə bir çox tədbirlər planlaşdırır.
Assosiasiya prezidenti qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın yanındadır. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında uzun illər insan hüquqlarının pozulduğunu bildirib. Pakistanın federal ombudsmanı diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil olunur, dəymiş ziyan barədə hesabatlar aparılır