“Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi zamanı layihə altına düşən torpağın üst münbit qatı əkinçilik və yaşıllığın bərpasında nəzərdə tutulmaqla səmərəli istifadə ediləcək.
×
“Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi zamanı layihə altına düşən torpağın üst münbit qatı əkinçilik və yaşıllığın bərpasında nəzərdə tutulmaqla səmərəli istifadə ediləcək. Yolun yamaclarındakı bitki qatı bərpa edilib, bu isə gələcəkdə həmin torpaqların eroziyasının qarşısını alacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə ictimai dinləmədə Avtomobil Yolları Dövlət Agentliyinin layihənin idarə edilməsi üzrə mühəndis Eyyub Hüseynov deyib. O, yeni avtomobil yolu üzərində tikilən qurğular haqda məlumat verib: “Yolda 10 körpü, 9 viyadük, 7 tunel, 203 dairəvi və düz bucaqlı boru, 35 keçid, 7 qovşaq və 2 ədəd ödəniş nöqtəsi fəaliyyət göstərəcək. Əhmədbəyli-Füzuli—Şuşa yolu bütün beynəlxalq standartlara uyğundur”.