Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır.
×
Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir. Bildirib ki, media savadlılığı inkişaf etmədikcə problemlər yaşanacaq. Ə.İsmayılov qeyd edib ki, müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər keçirilir, media savadlılığının gücləndirməsi üçün vacib addımlar atılır.
Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.