Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

ID:

24.05.2024 19:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Mayın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəliyə 3 məsələnin - “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini bildirib.