Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət Statistika Komitəsində “İnzibati Məlumatların İdarə Olunması Sistemi - ADIS” informasiya sisteminin təqdimatı keçirilib

ID:

16.11.2022 11:15 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

Noyabrın 16-da “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Koreya Statistika Komitəsi (KOSTAT) ilə birgə həyata keçirilən “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində hazırlanmış “İnzibati Məlumatların İdarə Olunması Sistemi – ADIS” informasiya sisteminin təqdimat mərasimi keçirilib.