Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı keçirilib

ID:

05.09.2025 17:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı” təşkil olunub.