Cari ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 198,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.
×
Cari ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 198,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarım ildə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 milyard 778,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6 milyard 420 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
Hesabat dövründə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 47,4 faizi və ya 843,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 41,1 faizi və ya 730,4 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 11,5 faizi və ya 204,3 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisi hesabına olub.