Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2 milyard 351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
×
Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2 milyard 351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, qeyd olunan vəsaitin 1 milyard 787,3 milyon manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 milyon manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147 milyon manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit müqavilələri üzrə 2021-ci il ərzində 609,5 milyon manat məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.