Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dörd gün davam edəcək Bakı Enerji Həftəsi öz möhtəşəmliyi ilə seçiləcək

ID:

24.05.2022 17:35 / İQTİSADİYYAT

Foto : AZƏRTAC /ILKIN CAVANSIROV

Cari ilin iyunun 1-dən 4-dək Azərbaycanda Bakı Enerji Həftəsi keçiriləcək. Müasir zamanda enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq, Azərbaycanda Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.