Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Diplomatik xidmət əməkdaşlarının əməkhaqlarının artırılması nəzərdə tutulur

ID:

23.12.2022 14:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, həmçinin onların ailə üzvlərinin diplomatik nümayəndəlik və konsulluqların yerləşdiyi ölkələrin (yaxud, onların müvafiq şəhərlərinin) sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması, həmçinin onlara əlavə müavinətlərin ödənilməsi məqsədilə "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi təklif olunur.