Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

ID:

01.03.2024 17:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Martın 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəliyə üç məsələnin - “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini deyib.