Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib

ID:

17.04.2026 14:55 / CƏMİYYƏT

Foto - Aydın Məmmədov

Aprelin 17-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev iclasda iki məsələnin – Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.